Xocalı faciəsi Azərbaycan xalqənən qan yaddaşıdır

Tarixin bu amansız səhifəsini anmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bakı şəhəri 160 №-li Klassik Gimnaziyanın şagirdləri də hər il xalqımızın ağrılı-acılı günlərini qəlblərində yaşadaraq bu mövzuda müxtəlif tədbirlər keçirirlər. Fevralın 26-da gimnaziyanın 9 Q sinfinin şagirdləri sinif rəhbərləri M. Ələsgərovanın, tarix müəllimləri C. Abdiyevin, rus dili və ədəbiyyat müəllimləri F. Rəsulovanın rəhbərliyi ilə "Xocalı - qan yaddaşımız!" adlı ədəbi-bədii kompozisiya hazırlamışlar. Tədbir gimnaziyanın 9, 10, 11-ci sinif şagirdlərinin iştirakı ilə yüksək səviyyədə keçmişdir.