HAQQIMIZDA

    Bakı şəhəri Sabail rayonu 160№-li Klassik Gimnaziya 1943-cü ildən 160 nömrəli tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbin binası 1908-ci ildə inşa edilib. Bina 2 mərtəbəli olub, daha sonra 3-cü və 4-cü mərtəbələr əlavə olunub.

    2006-ci ildən məktəb 160№-li Klassik Gimnaziya – yüksək səviyyəli dövlət ümümtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. Gimnaziyanın öz Nizamnaməsi, himni, devizi, döş nişanı, emblemi vardır. Gimnaziyanın fəaliyyətində həm ənənələr, həm də müasirlik öz əksini tapır. 2014-cü ilin may ayında Gimnaziya 70 illik yubileyini Opera və Balet Teatrında təntənəli surətdə qeyd etmişdir.

    Hazırda 71 sinifdə 30-a yaxın millətin nümayəndəsi olmaqla 2400-dən artıq şagird Azərbaycan və rus dillərində iki tam növbədə təhsil alır. 2008 və 2013-cü illərdə gimnaziyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Sərəncamı ilə “İlin ən yaxşı ümümtəhsil məktəb” adına layiq görülmüşdür. 1 sentyabr 2011-ci ildə ölkənin Prezidenti cənab İlham Əliyev əsaslı təmirin gedişatı ilə tanış olmaq üçün gimnaziyaya gəlmiş, gimnaziyanın fəaliyyəti ilə maraqlanmış və yeni tədris ilində gimnaziyamıza daha böyük uğurlar arzulamışdır.

     Gimnaziyanın vəzifəsinə daxildir: milli ənənələrə və bəşəri dəyərlərə uyğun təhsilli, tolerant, hərtərəfli inkişaf etmiş Azərbaycan vətəndaşını formalaşdırmaq; keyfiyyəti, fərqləndirilmiş pedaqoji əməkdaşlığa əsaslanan təlim; çoxprofilli və müxtəlif səviyyəli təlim; mənəvi və ziyalı yaradıcılıq atmosferi yaratmaq; beynəlxalq standartlara uyğun təhsil.

     Gimnaziyada pedaqoji kollektivin 155 üzvündən 3-ü “Əməkdar müəllim” adına layiq görülmüş, 7-i “Qabaqcıl təhsil işçisi” döş nişanı almış, 5-i - Elmlər namizədi, 20-dən çox müəllim – TQDK-nın eksperti və test tərtibçiləri, yeni dərsliklərin, dərs vəsaitlərinin və metodiki məqalələrin müəllifidir. 8 müəllimimiz “İlin ən yaxşı müəllimi” adına layiq görülmüşdür. Müəllimlərin böyük bir qrupu məktəbin məzunlarıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi