Heydər Əliyev Məktəbi

14.02.2018-ci il tarixində gimnaziyamızın akt zalında XI sinif şagirdləri üçün Heydər Əliyev Məktəbi növbəti dərs keçirib. Həmçinin bu dərsdə Bakı şəhəri Səbail rayonun 7 nömrəli tam orta məktəbin onbirinciləri iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Azərbaycanın ən yeni tarixində Heydər Əliyevin rolu haqqında gimnaziyanın direktoru Faina Ələkbərova və tarix müəllimi Leyla Axundova məruzələrlə şagirdlərin qarşısında çıxış ediblər.
Eyni vaxtda Ümumilli lider Heydər Əliyev barəsində filmlərdən kadrlar nümayiş etdirilib.
O, bizim qəlbimizdə, ağlımızda, ürəyimizdə və işlərimizdədir!