Kompyuter elmləri sahəsində  Təhsil həftəsi çərçivəsində  “Kod   saatı”

    Kompyuter elmləri sahəsində Təhsil həftəsi çərçivəsində hər il “Kod saatı” Beynəlxalq aksiyası keçirilir. ilbəil bu həftə həmin elmlər sahəsində  ilk proqramistlərdən biri olan amerika alimi Qreys Mürrey Hopperə (9 dekabr 1906-cı ildə anadan olmuş) həsr olunur. Aksiya 2017 -ci il dekabr ayının 4-dən 10-a qədər keçirilmişdir.

Gimnaziyamızda  dekabr  ayının 8-də həmin layihə ADA tələbələri Mehrac Ələkbərov, Fuad  Məmmədzadə və bizim məzunumuz Fəridə Bayramova tərəfindən 9 B sinfində keçirilmişdir. Gimnazistlərə  proqramlaşdırmanın əsasları barədə  məlumatlar verildi, videoçarx  və  əyani vəsaitlər  göstərildi.  “Kod saatı”  layihəsində iştirak edərək gimnazistlər özləri alqoritmlər üzrə  kompyuter  oyunları  yaradırdılar. “Kod saatı”  aksiyasında   bütün  il ərzində iştirak etmək  olar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi