Təltiflər

Bu tədris ilinin əvvəli bizim gimnaziyamız üçün uğurlu başladı. Belə ki, təlim -tərbiyə işləri üzrə direktor müavini Müzəyyəm Zamanova Azərbaycan Respublikası Prezidentinin İlham ƏLiyevin Fərmanı ilə "AR-nın əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Həmçinin müəllimlərimiz Leyli Hacıverdiyeva (kimya) və SEvda Əmrahova (rus dili), "Qabaqcıl təhsil işçisi" döş nişanı və Leyli Əfəndiyeva (rus dili) AR TN Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.