Beynəlxalq Sülh günü

21.09.2017 – Gimnaziyamız “Sülh Göyərçini” Beynəlxalq aksiyasında fəal iştirak etmişdir. Aksiyada VII –IX sinif gimnazistləri, Respublika Veteranlar Şurasının nümayəndələri, valideynlər, müəllimlər, məktəb parlamentinin üzvləri iştirak etmişdirlər. Səmaya “Sülh göyərçininin ” təsviri ilə 500 şar buraxılmışdır. Gimnazıyanın nümayəndələri Beynəlxalq Sülh gününə həsr olunmuş Beynəlxalq videokonfransda iştirak etmişdirlər.