Muzeydə növbəti interaktiv dərs və ustad dərsi keçirilib

Muzeydə növbəti interaktiv dərs və ustad dərsi keçirilib

Milli Azərbaycan Tarixi Muzeyində İnnovasiyalar və təhsil proqramları şöbəsinin təşkilatçılığı ilə “Zəhmət ilə gələn zinət. Dərsimiz - Hacı Zeynalabdin” adlı növbəti interaktiv dərs və “Boyalı küp” ustad dərsi keçirilib.

H.Z.Tağıyevin ev muzeyində keçirilən interaktiv dərsdə 160 nömrəli Klassik Gimnaziyanın şagirdləri (rus bölməsi) iştirak edib. Dərs iki hissədən ibarət olub. Birinci hissədə muzeyin Foto-neqativ materiallar fondunun müdiri Afət Kərimova H.Z.Tağıyevin həyat və fəaliyyətindən bəhs edib, daha sonra H.Z.Tağıyevin ev muzeyinə təşkil olunan ekskursiyada o, Muzeyin yerləşdiyi bina, H.Z.Tağıyevin ev muzeyinin arxitekturası haqqında ətraflı məlumat verib. İkinci hissədə isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, şöbənin əməkdaşları - Qənirə Qafarlı, Aynur Babayeva, İlahə Sarıyeva, Kubra Dadaşova tərəfindən intellektual oyun təşkil olunub (Bu üsul oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır, şagirdlərin müşahidə etmək qabiliyyətini, təsəvvürünü, tarixi keçmişə olan marağını artırır).

“Boyalı küp” ustad dərsində isə İnnovasiyalar və təhsil proqramları şöbəsinin əməkdaşları - Nigar Əhmədli, Lalə Məmmədova tərəfindən uşaqlara küp formasında gips fiqurunun rənglənməsi qaydası öyrədilib və uşaqlar onlara verilən fiqurları rəngləyib.

Daha sonra uşaqlar müxtəlif intellektual və əyləncəli oyunlar oynayıb, pazllar qurublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi