21 Fevral-Beynəlxalq Ana dili günündə Azərbaycan Konstitusiyası və Suvereniteti haqqında açıq dərs.

Qarlı qış günündə ürəkləri isidən bir dərs baş tutdu bu gün 160 nömrəli Klassik gimnaziyada. Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Babayeva 21 Fevral-Beynəlxalq Ana dili günündə Azərbaycan Konstitusiyası və Suvereniteti haqqında maraqlı faktlar, məlumatlar, təqdimatlar hazırlayıb həm şagirdlərini, həm də dərsinə qonaq etdiyi digər həmkarlarını sanki ovsunladı.