I sinfə qəbul üçün elektron qeydiyyat 15.03.2017-ci il tarixindən başlayıb

Diqqət!!! 2017-2018-ci tədris ilinin I sinfə qəbul üçün elektron qeydiyyat 15.03.2017-ci il tarixindən başlayır. Elektron qeydiyyat üçün valideynlər mektebeqebul.edu.az saytına daxil olub, qaydaları oxuyub, 15.03.2017-ci il tarixindən 31.05.2017-ci il tarixinədək 160 №-li Klassik gimnaziyaya qəbul üçün qeydiyyatdan keçə bilərlər. 160 №-li Klassik gimnaziyaya qəbul 2 istıqamətdə olacaqdır:I. 15 sentyabr 2017-ci ilədək 6 yaşı tamam olan və gimnaziyanın mikroərazisində qeydiyyatda olanlar (ünvanlar göstərilib), elektron qeydiyyatdan keçib , 01.04.2017-ci il tarixindən 27.05.2017-ci il tarixinədək hər şənbə günü, saat 14:00-dan 16:00-dək direktorun kabinetində (II mərtəbə, kab. № 20) uşağın mütləq iştirakı ilə sənəd qəbulundan keçməlidirlər (sənədlərin siyahısı göstərilib). Sənədlər yalnız tam komplekt olmaqla və uşağın iştirakı ilə qəbul ediləcək. Elektron ərizəni çap etməyi yaddan çıxartmayın! Qəbul yalnız uşağın şəxsiyyət vəsiqəsində qeyd olunan mikroəraziyə görə keçiriləcək (MİS-dən arayışlar qəbul olunmayacaq!) Məktəbin mikroərazisində qeydiyyatda olanlar, lakin 31 may 2017 -ci il tarixindən sonra qeydiyyatdan keçənlər müsabiqədən kənar qəbul olunmayacaq, lakin onların müsabiqədə iştirak etmək hüququ var.II. Gimnaziya mikroərazisində qeydiyyatda olmayanlar və 6 yaşı 16 sentyabr tarixindən 31 dekabr 2017-ci il tarixinədək tamam olanlar üçün 2017-ci il iyun ayında qəbul imtahanları 2 mərhələdə keçiriləcəkdir (müsabiqənin şərtlərinə baxın; imtahan tarixləri şəxsi kabinetinizdə göstəriləcəkdir). Sənəd qəbulu və siniflərə bölünmə müsabiqədən sonra olacaqdır.Qeyd: elektron qeydiyyatda çətinlik yaranarsa Aytən xanıma müraciət edə bilərsiniz (II mərtəbə, kab № 20, bazar günündən başqa hər gün saat 15:00-dan – 18:00-dək). Müdiriyyət