High Tech Park Azerbaijan

Bu gün Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi arasında birgə həyata keçirilən layihə çərçivəsində bizim məktəbin şagirdləri Yüksək Texnologiyalar Parkında olmuşdular. Şagirdlərimizə İKT sektorunun inkişafı və bu sahədə görülən işlərə dair kiçik təqdimat keçirilmiş, Yüksək Texnologiyalar Parkının fəaliyyəti, YTP-nın "PiCampus" Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən “start-up”-layihələri barədə də ətraflı məlumatlar verilmişdir.