20 Yanvar şəhidlərinin "Xatirə Həftəsi" keçirilmişdir

Gimnaziyada 20 Yanvar şəhidlərinin "Xatirə Həftəsi" keçirilmişdir. Bununla əlaqədar olaraq, siniflərdə dərslər, sinif saatları, filmlərə baxış, fotoşəkillər, şagirdlərin hazırladıqları rəsmlər və divar qəzetlərindən ibarət sərgi təşkil olunmuşdur. Şagirdlərimiz Şəhidlər və Fəxri xiyabanı ziyarət etmişlər. Eyni zamanda onlar Qarabağ münaqişələrində şəhid olmuş gimnaziyanın məzunları Elçin Qurbanov və İqor Plavskinin qəbrlərini də ziyarət ediblər. "Xatirə Həftəsi" ilə əlaqədar gimnaziyanın akt zalında “Hər zaman xatirimizdəsiniz” adlı bədii kompozisiya nümayiş etdirilmişdir.