Nizami Gəncəvinin 875 illik yubileyi

2016-cı ilin dekabr ayında bizim gimnazistlərimiz Bakı və Gəncə şəhərlərində keçirilən Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunan incəsənət sahələri üzrə baxış-müsabiqələrinin qalibləri kimi Muğam Mərkəzində təşkil olunmuş təntənəli tədbirdə iştirak etmişdirlər. “Rus dilində ən yaxşı səhnələşdirmə” nominasiyasında Həsənov Yunus, Əzimova Nigar, Əsədova İnarə (11 sin.) və Zamanov Fərəməz (8 sin.) “Fərhad və Şirin” səhnələşdirməsi ilə çıxış edərək I yer tutub, Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunmuşlar. Həmçinin rəsm müsabiqəsinin qalibi Keberlinskaya Fidan (10 sin.) və dekorativ-tətbiqi sənət üzrə müsabiqənin qalibi Abdullayeva Mədinə (9 sin.) diplom və hədiyyələrlə təltif edilmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi