Narkotik ümümbəşəri bəladır, həmçinin yetkinlik yaşına çatmayanlar arasında zərərli vərdişlərə, neqativ hallara, hüquqa zidd əməllərə qarşı mübarizə

09.12.2016-cı il tarixində gimnaziyamızda Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili Bölməsinin və Səbail rayonu İcra Hakimiyyətinin təşəbbüsü, həmçinin Səbail RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının, Respublika Narkoloji Dispanserinin həkiminin iştirakı ilə “Narkotik ümümbəşəri bəladır, həmçinin yetkinlik yaşına çatmayanlar arasında zərərli vərdişlərə, neqativ hallara, hüquqa zidd əməllərə qarşı mübarizə” mövzusunda geniş profilaktiki tədbir keçirilmişdir. IX-XI sinif şagirdləri və müəllim kollektivi tədbirdə iştirak etmiş.Uşaqlar tərəfindən böyük maraq göstərilmişdir. Tədbir zamanı canlı müzakirə aparılmış, gimnazistlər və müəllimlər çoxlu suallar vermişlər.