Xatirə Məclisi

12 dekabr 2016-cı ildə gimnaziyamızda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş Xatirə Məclisi keçirilmişdir. Gimnaziyanın müəllimləri və şagirdləri Liderimizin xatirəsinə təşəkkür sözlər, bədii qiraət və musiqi əsərləri ilə çıxış etmişlər. Heydər Əliyevin Xatirə Həftəsi ərzində dərslərdə və sinif saatlarında Böyük liderə həsr olunmuş söhbətlər və prezentasiyalar keçirilmiş, divar qəzetləri buraxılmış və Heydər Əliyevin abidəsi önünə güllər qoyulmuşdur.