Gimnaziyamız Almaniya təhsilinın partnyorudur

2008-ci ildən gimnaziyamızda alman dilinı bilavasitə dil daşıcıyıları – Almaniyadan gələn müəllimlər tədris edirlər. Artiq üçüncü ildir ki, alman dilini öz müəllimlərimizlə bərabər Eşer Aleksander Tobias dərs deyir. 01.11.2016-cı il tarixində gimnaziyada alman dili üzrə xüsusi nitq diplomların təqdimatı olmuşdur. 2015-2016-cı dərs ilinin sonunda şifahi və yazılı imtahanı müvəffəqiyyətlə keçmiş 16 gimnazist həmin diplomlarla təltif olunmuşdur. Bu diplomları şagirdlərə Azərbaycandakı Almaniya Federtaiv Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri cənab Mixael Kindsqrab təqdim etmişdir.