Gimnaziyada «İlk zəng» bayramı

Bütün ölkəmizdə olduğu kimi gimnaziyamızda da 15.09.2016-cı il tarixində Bilik Günü və «İlk zəng» ənənəvi bayramı keçirilmişdir. Şagirdlərimiz hərbi orkestrın sədaları altında gimnaziyaya daxil olmuş, dərslərə başlamışdır. Daha sonra yeddi I sinif və beş XI sinif, müəllimlər, valideynlər məktəbin həyətində düzülmüşdürlər. Azərbaycanın və gimnaziyanın himnləri səslənmiş, gimnaziyanın direktoru F.Ələkbərova tədbir iştirakçılarını salamladı. 2016-cı ilin məzunları Məmmədov Ruslan, Mehdiyeva Məryam, Məlikova Həcərxanım və Quluzadə Yusifmilad qızıl medalla təltif edilmişdirlər. Məktəbin bədii özfəaliyyət kollektivləri müvəffəqiyyətlə çıxış etdilər. Gimnaziyanın məzunu , cərrah Fərhad Ağayev, şagirdləri yeni dərs ili münasibəti ilə təbrik etmiş və 5 dərs əlacıları (onbirincilərdən) mükafat təqdim etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi