Təhsil Naziri M. Cabbarov ən yaxşı məktəb direktorlarına fərqlənmə diplomu təqdim etdi.

14.09.2016-cı il tarixində Bakı şəhərinin təhsil işçililərinin ənənəvi konfransı keçirilmişdir. həmin konfransda 2015-2016-cı tədris ilinin nəticələri yekunlaşdırılmışdır. Gimnaziyamızın işi yüksək qiymətləndirilmişdir. Təhsil Naziri Mikayıl Cabbarov gimnaziyanın direktoru Faina Ələkbərovaya IX siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək nailiyyət əldə etdiyi üçün Fəxri Fərman təqdim etmişdir. qeyd etmək lazımdır ki, gimnaziyamız da 2014-2015-ci tədris ilinin nəticələrinə görə belə bir Fəxri Fərmanla təltif edilmişdir.