2015/2016-cı tədris ilində I sinfə qəbul mərhələləri...
I mərhələ15.03-15.04.2015- məktəbəqəbul.edu.az saytında elektron qeydiyyat. Qeydiyyat zamanı 2 tədris müəssisəsini qeyd edə bilərsiniz (lisey və gimnaziya). Bu halda uşaq hər iki məktəbdə imtahan verəcək. Hər iki məktəbə müvəffəqiyyətlə imtahan verən uşaq avtomatik olaraq qeyd etdiyi məktəbə yerləşdirilir.II mərhələ15.04-15.05.2015- hər tədris müəssisəsinin cədvəlinə uyğun imtahanın verilməsi ( imtahanın tarixi haqqında “Şəxsi kabinet”inizdə və gimnaziyanın foyesində (girişində) yerləşdiriləcəkdir).Gimnaziyamızda imtahan müxtəlif günlərdə 2 mərhələdə keçirilir:a) yazılı imtahan, b) müəllim və psixoloqla müsahibə.Yazılı imtahana uşaq 2 sadə və 12 rəngli karandaş gətirməlidir.İmtahan zamanı uşaq tədris alacağı dildə sərbəst danışmalı, biliklərini nümayiş etdirməli, bütün səsləri düzgün tələffüz etməlidir.Qeydiyyatdan keçdiyiniz hər iki tədris müəssisəsində imtahan tarixi və vaxtı üst-üstə düşərsə uşaq birinci qeyd etdiyi məktəbdə imtahan verməli və digər məktəbə isə bu haqda məlumat verməlidir. Bu halda ikinci məktəbdə imtahan başqa vaxta keçirilir.III mərhələ 15.05-2015-ci il tarixindən sonra müsabiqənin nəticələri “Şəxsi kabinet”də və gimnaziyanın foyesində qeyd olunur.IV mərhələa) Müsabiqədən keçənlər üçün ərizə və sənəd qəbulu.Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:• Uşağın doğum haqqında şəhadətnaməsi ( əsli və notarius tərəfindən təsdiq olunmuş kserosurəti).• Bakıda qeydiyyatda olan valideynlərin şəxsiyyət vəsiqələrinin kserosurəti.• Tibbi dəyişmə vərəqəsi ( uşaq poliklinikasından və ya uşaq bağçasından).• 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil 3x4sm.• Valideynlərin iş yerindən arayış (əmək haqqı qeyd olunmadan).• Valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “ Buraxılış vərəqi”.Sənədlərin qəbulu tarixi əlavə olaraq qeyd olunacaqdır.b) Müsabiqədən keçməyən və 6 yaşı 15.09.2015-ci il tarixinədək tamam olan uşaqlar nəticələrin elan edilməsindən sonra 5 gün ərzində maksimum 3 adi məktəbdə qeydiyyatdan keçmək hüququna malikdirlər.Qeyd:Elektron qeydiyyat zamanı valideynlərin 2 tədris müəssisəsini qeyd etmək hüququ olduğu üçün nəticələr elan olunanda açılan yerlərə namizədlərin əlavə siyahısı dərc olunacaqdır.Müdiriyyət