160 №-li Klassik gimnaziya, 11 A

160 №-li Klassik gimnaziya, 11 A

 

Heç birimiz bu özəl günü bu şəkildə qeyd etmək istəməzdik. Lakin, sizin də üzünüzdə kiçik bir təbəssüm yaradan son zəng xatirəniz olsun istədik. Qəlbimdə hər bir şagirdin yeri varkən, siz bir şəhərə sahib oldunuz. Yolunuz açıq olsun. Unudulmamaq diləyi ilə. Sevgilərlə müəlliməniz Səidədən...

 

Şeirin müəllifi: Əli-zadə Günel

Baxıram indi səssiz, səs-küylü sinfimizə,

Neçə sevinc, kədərli xatirə var bu yerdə.

Partalarda oturan, tənbəl oğlanlarım və

Sanki aktiv qızlarım, danışırlar mənimlə.

Bilirsiz, bu sinifdə 5 yol keçən əmək var,

Təməlini qoyan Sərvinaz müəllimə var.

Üzərində çalışmış Maral müəllimə bir də

Sevda müəllimə ilə böyüdülər birlikdə.

Yolun sonuna doğru Gülsurə müəllimə,

Mən də daxil olmaqla əmək verdik sinifə.

Nəzər salıram sizə, əziz 11A sinfi,

Sonsuz qürur duyuram, hamınızla bilin ki

-Yeni həyat, yeni təhsil gözləyir sizləri,

Tək həyəcanı deyil, yaşayın sevincləri.

Diləyirəm hamınız alın ən yüksək təhsil,

İmtahan üçün deyil, özünüz və bir də ki,

Gələcək peşənizçün çalışın oxuyun siz!

Ailəmtək sevdiyim, 11A şagirdlərim,

Sizi təbrik edirəm, uğurlar diləyirəm.

Həyat yolunuz yalnız, yaşıl işıqlı olsun,

Az təpəli, dübbədüz, aydın, nurlu parlasın!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi