Şagird nailiyyətiMəzunumuz Məmmədli Amin Tofiq oğlu buraxılış imtahanından 275 bal, SAT 1480 bal, TOEFL 95 bal toplayaraq İstanbul Texniki Universitetinə qəbul olmuşdur.
Balaca döyüşçümüzŞəhid Məmmədli İmranın əziz xatirəsinə həsr olunmuş Açıq klublararası "Qaydasız döyüş" turnirində məktəbin II sinif şagirdi Quliyeva Qumru I yer tutaraq Medal, kubok və diplomla təltif olunmuşdur.
Məktəbin müəllimi təltif olunduBakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup təhsil işçisi təltif olunub. Onların arasında məktəbin rus dili müəllimi Hüseynova Fəridə Etibar qızı da var. Müəllimi təbrik edir və gələcək işlərində ona uğurlar diləyirik.