"Aynı Gökyüzü altında" adlı yeni eTwinning layihəsi

Məktəbimizin Kimya və STEAM müəllimi Günay Rüstəmova  6 şagirdi ilə birlikdə "Aynı Gökyüzü altında " adlı yeni eTwinning layihəsinin icrasına  başladı. 
Layihədə Şanlıurfadan 6, Kayseridən 1, Kocaelidən 1 və bizim məktəbdə daxil olmaqla   ümumilikdə 9 müəllim və 48 şagird iştirak edir.
Fevral ayında başlanması və may ayında başa çatması planlaşdırılan layihə çərçivəsində hər ay birgə öyrənmə texnikalarına əsaslanan müxtəlif STEAM fəaliyyətləri etməklə şagirdlər astronomiya və kosmos problemlərindən xəbərdar olacaqlar.
Layihənin məqsədi ümumilikdə elm, texnologiya, mühəndislik və riyaziyyat (STEAM) sahələrində öyrənmə və tədqiqatı təşviq etmək, şagirdlərə güclü təməl yaratmaq və astronomiya ilə maraqlanan şəxsləri maarifləndirməkdir. Həmçinin şagirdlərin səmada baş verən hadisələri dərk etmək və elmi metodla təhlil etmək bacarıqlarını təkmilləşdirmək, effektiv ünsiyyət və komandada işləmək bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
Layihə çərçivəsində həyata keçirilən fəaliyyət, müşahidə və araşdırmalar nəticəsində şagirdlərin astronomiya sahəsində bilik səviyyəsinin yüksəldilməsi gözlənilir. Şagirdlərimizin elmi metodla işləmək və problem həll etmək bacarıqlarının gücləndiriləcəyi gözlənilir. Bundan əlavə, layihəmiz şagirdlərimizə elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində praktiki bacarıqlar aşılamaq məqsədi daşıyır.
Layihənin həyata keçirilməsində əməyi keçən müəllim və şagirdlərimizə  təşəkkür edir, layihələrində uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi