Biliyini paylaş

        Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Biliyini paylaş” layihəsi çərçivəsində mentor müəllim Günay Rüstəmova X sinifdə layihə əsaslı dərsinin son mərhələsini icra etdi. Dərs zamanı şagirdlər hazırladıqları bioplastikləri test etdilər. Üç komanda müxtəlif rəngdə bioplastik hazırlamışdılar. Bioplastiklər elastikliyinə, dayanıqlı olmasına, şəffaflığına görə fərqlənirdi. Dərsdə layihənin iştirakçı müəllimləri də iştirak etdilər. İlk öncə şagirdlər öz işlərini dəyərləndirdilər. Sonda layihənin iştirakçı müəllimləri hər üç komandanın işlərini izləyib, komandaların hazırladıqları bioplastikləri, onların təqdim etmə və əməkdaşlıq bacarıqlarını qiymətləndirdilər. Sonda komandalar hazırladıqları poster və infoqrafikanı nümayiş etdirdilər. Layihə  şagirdlər üçün çox maraqlı oldu və uğurla icra etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi