Xocalı- ağrıyan yaramız
Məktəbdə fəaliyyət göstərən "Kiçik akademiya"nın Ədəbiyyat və Tarix bölməsi birgə "Xocalı- ağrıyan yaramız" adlı dəyirmi masa keçirmişdir. Tədbirdə Ədəbiyyat bölməsinin üzvləri Xocalı faciəsinə həsr olunmuş referatları təqdim etdilər. Tarix müəllimi Xocalı faciəsi haqqında akademiyanın üzvlərinə geniş məlumatı vermiş, slayd nümayiş etmişdir.