Şagirdlər Yasamal rayon Heydər Əliyev Mərkəzində

Martın 28-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 110-cu ildönümü ilə əlaqədar “Ulduz” filmi nümayiş olundu.
Filmin nümayişində Yasamal rayon 150 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.
Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva tanınmış aktyor Lütfəli Abdullayevin həyat və fəaliyyəti, Azərbaycan kinosunda yaratdığı unudulmaz obrazlar haqqında qonaqlara məlumat verdi.
Sonra məktəblilər Azərbaycan kinosunun incilərindən olan, görkəmli aktyorun “Məhəmməd” obrazını yaratdığı “Ulduz” filmini izlədilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi