"Breyn rinq"

19 dekabr tarixində məktəbin psixoloqu Günel İsayeva və UBTR Ruxsarə Qocayevanın təşkilatçılığı ilə məktəbin 8, 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 6 qrup "Breyn rinq" yarışmasına qatıldı.

Breyn rinq (ing. Brain ring — "beyin rinqi") — İlk dəfə 18 may 1990-cı ildə SSRİ Mərkəzi Televiziyasının 1-ci proqramında efirə getmiş intellektual teleoyun kimi tanınmışdır.

Yarışmada əsas məqsəd intellektual səviyyəni yoxlamaq və dünyagörüşünü artırmaqdan ibarətdir.

Oyunun hər mərhələsi bir neçə yarışdan ibarət idi. Yarışmada hər mərhələdə 2 komanda və hər komandada 4 oyunçu yer aldı. Şagirdlər verilən sualları cavablandıraraq bal topladı və sonda ən çox bal toplayan komandalar finala çıxdı. Finalda qalib olan şagirdlər direktor Pərvanə Səfərova tərəfindən Diplomla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi