Narkomaniyaya qarşı mübarizə tədbirləri

Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilib. Leopold və Mstislav Rostropoviçlərin Ev-muzeyi hər il yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması, narkomanlığın ziyanları barədə insanları məlumatlandıraraq sağlam həyat tərzinin təbliği, antinarkotik dünyagörüşünün formalaşdırılması üçün maarifləndirici tədbirlər keçirdir. Ənənəyə sadiq qalaraq Ev-muzeyində 22 noyabrda  “Sağlam gələcək uğrunda” adlı tədbir keçirilib. Tədbirdə qonaq qismində “Qurtuluş Reabilitasiya Mərkəzi”nin rəhbəri Ceyhun Səlimov və ekspertlər, “CAN Psixoloji bərpa Mərkəzi”nin klinik psixoloqu Şirin Məmmədli, Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidmətinin rəhbəri Ülkər Abbasova, Federasiyanın Marketinq üzrə direktoru Rəşad İbrahimov iştirak edib.

Tədbirdə Cüdo Federasiyası tərəfindən həyata keçirilən “Söz verirəm” adlı antibullinq kompaniyası haqqında iştirakçılara məlumat verilib. Kompaniyanın buklet və qolbaqları məktəblilərə paylanılıb. 

Daha sonra “Qurtuluş Reabilitasiya Mərkəzi”nin rəhbəri və ekspertləri, “CAN Psixoloji bərpa Mərkəzi”nin klinik psixoloqu gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq durmağa, asudə vaxlarını səmərəli təşkil edərək idmanla, musiqi və digər səmərəli işlərlə məşqul olmağa çağırıblar. Problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin prioritet məsələ olduğunu qeyd edib, onlara dəyərli məsləhətlərini veriblər. Yeniyetmələr üçün maarifləndirici video çarx nümayiş olunub. Tədbirdə iştirak edən 150 və 189-190 saylı məktəbin şagirdləri həkim və psixoloqlara onları maraqlandıran suallar ünvanlayıblar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi