"Zəfər günü" tədbiri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ''27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü'' ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə 08.09.2021-ci il tarixli F -191 nömrəli əmrinin icrasını təmin etmək üçün Məktəbin Tədbirlər Planına əsasən 6 noyabr tarixində məktəbimizdə "Zəfər günü"nə həsr olunmuş möhtəşəm tədbir keçirildi.

Tədbir ilk öncə dövlət himni səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildikdən sonra açıq elan edildi. Şagirdlərin "Zəfər Günü"nə həsr olunmuş bir-birindən maraqlı çıxışları hər kəsə duyğulu anlar yaşatdı. Daha sonra məktəbin direktoru Pərvanə Səfərova çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan qələbənin Milli Qürur bayramı olduğunu qeyd etmiş, şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı diləmişdir. Pərvanə xanım çıxışında tədbirdə əyləşən şəhid ailələri və qazilər adından tədbirin təşkili üçün müəllimlərə və şagirdlərə təşəkkürünü bildirdi. Şəhidlərimizin əziz xatirəsini yad etdiyimiz üçün dərin minnətdarlığını ifadə etdi. Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi