Örnək müəllim

Bir neçə ildir ki, AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirir.

Layihə çərçivəsində örnək müəllimlərin nümunəvi peşə davranış və yenilikçi pedaqoji fəaliyyətini əks etdirən informativ materiallar ictimaiyyətə, xüsusilə də təhsil kütləsinə çatdırılır. Öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər “Örnək müəllimlər” layihəsində qalib seçilir.

Bu ilki layihədə 150 nömrəli tam orta məktəbin İngilis dili müəllimi Qəmər Rüstəmova "Örnək müəllim" seçilmişdir. Çox hörmətli Qəmər müəllim, Sizi təbrik edir, uğurlarınızın davamlı olmasını arzu edir, Sizinlə fəxr edirik. Uğurunuz uğurumuzdur. #örnəkmüəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi