MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ

18 OKTYABR - AZƏRBAYCANDA MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜDÜR
1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.
Bu münasibətlə məktəmizin tarix müəllimi Q.Dilarə bu günə özəl bir neçə sinifdə dəyirmi masa şəklində dərslər təşkil etdi. Dərslərdə 18 Oktyabr tarixinin Azərbaycanın ən şərəfli səhifələrindən biri olduğu, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi