“Qəhramanlar ölmür”

140 nömrəli tam orta məktəbdə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində “Qəhramanlar ölmür” layihəsinin həyata keçirilməsinə start verilmişdir.
Layihə çərçivəsində ilk tədbir Rəsmiyə Əmiraslanovanın rəhbər olduğu III sinif şagirdləri tərəfindən təşkil edilmişdir. Şagirdlər Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimova həsr etdikləri kompozisiyaları sıra xətti önündən başlayaraq gün ərzində silsilə şəklində davam etdirmişlər.