“Valideynin məktəbdə bir günü”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Valideynin məktəbdə bir günü ”adlı layihəsinin həyata keçirilməsi barədə 28.01.2019-cu il tarixli F-66 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə 140 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.
Əvvəlcədən təsdiq edimiş proqram üzrə keçirilən tədbirdə valideynlərə məktəbin tarixi, fəaliyyəti və uğurları barədə məlumatlar verilmiş, əl işləri, rəsmlər və keçirilmiş tədbirləri xronoloji ardıcıllıqla nümayiş etdirən slaydlar təqdim edilmişdir.
Fənn kabinetləri , informatika, fənn otaqları, yeməkxana , kitabxana laboratoriyalarla tanışlıq valideynlərdə məktəb həyatının müxtəlif sahələri barədə dolğun məlumat almağa səbəb olmuşdur.
Valideynlər Rəsmiyə Əmiraslanovanın II sinifdə riyaziyyat Gülşən Rəhimovanın III sinifdə ana dili , Aytən Xəlilovanın V sinifdə Azərbaycan dili, Kəmalə Qasımovanın VII sinifdə coğrafiya, Nigar Xəlilovanın IX sinifdə Fizika dərslərini dinləmiş, məktəb psixoloqu Günay Bağırova – Babazadənin “Şagird patensialının valideyn tərəfindən idarə olunması” mövzusunda keçirdiyi seminarda iştirak etmişlər.
Sonda valideynlərə Beynəlxalq “Ana dili günü” nə həsr olunmuş “Ana dilimizi sevək və qoruyaq” mövzusunda ədəbi-bədii kompazisiya təqdim olunmuşdur.