“Kitab bağışlama günü”

140 saylı tam orta məktəbdə hər gün bir-birindən maraqlı tədbirlərin keçirilməsi ənənə halın almışdır.
Bu gün şagirdlər arasında keçirilən “Kitab bağışlama günü” şagirdlərimizin həm biri-birinə , həm də ümumiyyətlə məktəbə olan səmimi hisslərin ifadəsi kimi yadda qalan oldu.
Bağışlanan kitablar “Sinif kitabxanası”nda saxlanılma və istifadə üçün sinif rəhbərlərinə təqdim edildi.
Tədbirin sonunda ən çox (20 ədəd) kitab bağışlayan 6-cı sinif şagirdi Ceyran İsmayılovaya “Təşəkkür ” elan olundu.
Siniflər arasında isə “Sinif kitabxanasına” ən çox sayda (40-dan artıq) kitab bağışlayan II sinifə (rəhbəri Rəsmiyə Əmiraslanova) keçici “kubok” təqdim olundu