Psixoloq işi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.4.8 bəndinə müvafiq olaraq şagirdlərdə özünüqiymətləndirmə vərdişlərinin lap erkən yaşlarda formalaşdırılması,onlarda yaradıcı,müstəqil işə meyl və marağın artırılması məqsədilə gənc psixoloq Günay Babazadənin növbəti görüşü I sinif şagirdləri ilə oldu.
Əşya adları,insan şəkilləri vasitəsilə individual xarakterlərin müəyyənləşdirilməsi kiçik yaşlı şagirdlərin maraqlı mülahizələri ilə cəlb etdi.