Nümunəvi Azərbaycan dili dərsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.10 bəndinə müvafiq olaraq “ibtidai siniflər” fənn aylığı çərçivəsində qabaqcıl müəllim Rəmziyyə Balayevanın nümunəvi dərsinə baxış-dinləmə keçirildi.
“Ş hərfi və səsi” mövzusu üzrə keçirilən Azərbaycan dili dərsi “Ş” hərfi ilə başlayan Azərbaycan şəhərlərinin adlarına uyğun qrupların təşkili, qrup üzvlərinin əməkdaşlıq bacarığı və fəallığı ilə diqqəti cəlb etdi.
Sonda şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirildi