"İllər mənimkidir yaş mənim deyil" Nəriman Həsənzadə

Azərbaycanın xalq şairi dramaturq Nəriman Həsənzadə ilə 140 nömrəli tam orta məktəbdə "İllər mənimkidi yaş mənim deyil" adlı tədbir keçirildi. Tədbirdə Bakı şəhəri üzrə təhsil idarəsinin nümayəndəsi Ləman xanım, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşid Məmmədov, Mədəniyyət və turizm nazirliyinin nümayəndəsi Sevinc xanım, Suraxanı rayon YAP -nın icraçı katibi Fərman Rəsulov, 89, 97, 208, 232, nömrəli məktəblərin direktorları, Suraxanı rayon İdman gənclər idarəsinin rəis müavini Elnarə xanım iştirak edirdi. Tədbirdə Nəriman Həsənzadənin həyat və yaradıcılığından bəhs edildi, şeirlər söylənildi, şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndi.