H1 N1 virusuna qarşı 140 nömrəli məktəbdə profilaktik tədbirlər
Suraxanı Gigiyena və Epidemiologiya mərkəzi 140 nömrəli tam orta məktəbdə H 1 N1 virusuna qarşı profilaktik tədbirlər həyata keçirdi. Şagirdlər H1 N1 virusu haqqında məlumatlandırıldı. Şagirdlərin müayinə olunması üçün 01.02.2016 -cı il tarixində məktəbin girişində tibbi müşahidə (filtr ) və qrip xəstəliyinə qarşı şüphəli uşaqların aşkara çıxarılması üçün profilaktik tədbirlər həyata keçirildi.