Kimya bialogiya aylarına start verildi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.4.8 və 1.3.18 bəndinə müvafiq olaraq şagirdlərimizin “ Zirə EkoPark” ekskursiyası təşkil edilmişdir.
Ekskursiya zamanı Arxideya zalında qapalı şəraitdə yetişdirilən subtropik bitkilər aləmi ilə tanışlıq,zooparkda nadir quşlar və qeyri adi ağac növləri barədə əldə olunan məlumatlar şagirdlərin təbiət haqqında təsəvvürlərinin daha da genişlənməsinə səbəb oldu.Ekskursiya çərçivəsində şagirdlərimiz həmçinin Qala qəsəbəsində yerləşən
“ Tullantıdan mədəniyyətə” muzeyini“ Antik əşyalar “muzeyini də ziyarət etdilər.