Şagirdin açıq dərsi

140 saylı tam orta məktəb üzrə illik fəaliyyət planının 1.1.3.4 bəndinə müvafiq olaraq aparılan monitorinq zamanı “Sağlamlığın əsas şərtləri” mövzusu üzrə VII sinifdə keçirilən “Həyat bilgisi” dərsinin həmin sinifin əlaçı şagirdi Quliyeva Zəhra tərəfindən tədris olunduğunun şahidi olduq. Fənn müəllimi Kəmalə Qasımovanın ekspert rolunda iştirak etdiyi bu dərs , yaradıcı və fəal dərs kimi dinləyici müəllim və valideynlər tərəfindən maraqla qarşılandı.