Məktəbdaxili sınaq qiymətləndirməsi

140 saylı tam orta məktəb üzrə illik fəaliyyət planının 1.1.1.9 bəndinə müvafiq olaraq V-VII siniflərdə ana dili,riyaziyyat və xarici dil fənləri üzrə məktəbdaxili sınaq qiymətləndirməsi keçirilmişdir.
Sınaq qiymətləndirməsinin keçirilməsində məqsəd qeyd olunan sinif şagirdlərinin müvafiq fənlər üzrə mənimsəmə səviyyəsini müəyyənləşdirmək və fənn müəllimlərinin peşəkarlıq qabiliyyətlərinin inkişaf dinamikasını öyrənməkdən ibarət olmuşdur.