Aprel döyüşləri - tariximizin şanlı səhifəsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.10 bəndinə müvafiq olaraq gənc nəsli dövlətçilik ruhunda tərbiyə etmək, məktəblilərdə hərbiçilərimizin döyüş yolu və aprel döyüşlərində qazanılan qələbələrə görə iftixar hissinin artırılması mövzusunda sinif təşkilat saatı keçirildi.
Sinif rəhbəri Pərvinə Səlimova Aprel döyüşləri və bu döyüşlərdə qazanılan tarixi qələbə barədə ətraflı məlumat verdi. Eyni zamanda şagirdlərin topladıqları materialların təqdim olunması və müzakirəsi üçün şərait yaradılması təmin edildi.