Lirikada fizika

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.17 bəndinə müvafiq olaraq istedadı ilə fərqlənən şagirdlərin aşkara çıxarılması onların istedadının inkişaf etdirilməsinə hərtərəfli şəraitin yaradılması istiqamətində işlərin gücləndirilməsi məqsədilə “Lirikada fizika ” mövzusunda Breyn –rinq intelektual oyunu keçirilmişdir.
VI,VII,VIII və IX sinifdə təhsil alan fəal şagirdlərdən ibarət komandalar Azərbaycan şairlərinin lirik əsərlərində fiziki hadisə və terminlərin təsviri ilə əlaqədar topladıqları bilgiləri və məlumatları auditoriyaya çatdıra bildilər.