Aylığın son tədbiri

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq keçirilən riyaziyyat –informatika fənn aylığı çərçivəsində Yeganə Şirinovanın “Düzbucaqlı üçbucağın oxşarlığı” mövzusunda nümunəvi dərsinə baxış-dinləmə keçirilmişdir.
Dərsin gedişi zamanı VIII sinif şagirdləri qoyulan problemin həlli və məqsədə nail olunması üçün öz bilik və bacarıqlarını nümayiş etdirə bilmişlər.