Nümunəvi informatika dərsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq keçirilən riyaziyyat-informatika aylığı çərçivəsində nümunəvi dərslərin təqdimatı davam edir.
Bu gün V sinifdə təcrübəli müəllim Tacizər Səfərovanın “fayl və qovluqların yaradılması” mövzusunda informatika dərsinin təqdimatı keçirildi. Şagird fəallığı ilə müşaiyət olunan dərs, dinləyici müəllim və valideynlər tərəfindən rəğbətlə qarşılandı.