Xocalı faciəsi -əsrin faciəsidir.

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.12 bəndinə müvafiq olaraq , Xocalı soyqırımının gənc nəslə təbliği, Azərbaycan xalqının məruz qaldığı soyqırımlar haqqında şagirdlərin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər davam edir.
Növbəti belə tədbir şagird, müəllim və valideynlərdən ibarət qrupun “Xocalı harayı” abidəsinin ziyarət edilməsi olmuşdur.
Müəllim və şagirdlərimiz abidə qarşısına tər qərənfillər düzərək , faciə qurbanlarının xatirəsini hörmət və ehtiramla yad etmişlər.