Tariximizin qanla yazılmış səhifəsi

“Xocalı soyqırımının 26-cı ildönümünün keçirilməsinə dair 140 saylı tam orta məktəbin fəaliyyət planının ” 1-2 və “140 saylı tam orta məktəbin illik fəaliyyət planının ” 1.3.12 bəndinə müvafiq olaraq “Tariximizin qanla yazılmış səhifəsi - Xocalı faciəsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Məktəbin tarix müəllimi Tamilə Vəliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə VII-IX sinif şagirdləri Xocalı Soyqırımı barədə topladıqları materialları və bilgilərini nümayiş etdirərək qan yaddaşımız olan bu faciəni heç vaxt unutmayacaqlarına and içdilər.