Dərslərə baxış –dinləmə

140 saylı tam orta məktəbdə coğrafiya müəllimi Kəmalə Qasımovanın V sinif şagirdləri ilə həyat bilgisi dərsinə baxış- dinləmə keçirildi.
“Hərəkət” mövzusunda keçirilən dərsdə şagirdlər maddə və cisim, təbiət hadisələrinin sadə təsnifatı haqqında apardıqları araşdırmalar və gəldikləri nəticələr barədə maraqlı məlumatlarla çıxış etdilər.
Mövzunun mənimsənilməsində əlavə materialların müstəsna əhəmiyyət kəsb etdiyi bu dərsin gedişində əyani şəkildə öz təsdiqini tapdı.