Nümunəvi riyaziyyat dərsi

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.2.9 bəndinə müvafiq olaraq keçirilən riyaziyyat fənn aylığı çərçivəsində nümunəvi dərslərə baxış-dinləmələr davam edir.
Təcrübəli riyaziyyat müəllimi Yeganə Şirinovanın VI sinif şagirdləri ilə “Tənliklər” mövzusunda keçirdiyi riyaziyyat dərsi məqsədin standartların tələblərinə uyğun qoyulması, məqsədə nail olma istiqamətində innovativ üsullardan və elektron təlim vasitələrindən səmərəli istifadə ilə diqqəti cəlb etdi.
Şagird fəallığı və resurs zənginliyi ilə diqqəti daha çox cəlb edən dərs dinləyici müəllim və valideynlər tərəfindən maraqla qarşılandı.