Tariximiz bədii əsərlərdə və rəsmlərdə

140 saylı tam orta məktəbin illik fəaliyyət  planının  1.4.5  bəndinə  müvafiq olaraq  şagirdlərin mütaliə  vərdişlərində  formalaşdırılması və dünyagörüşünün  artırılması məqsədilə “Kitab klubları”   formatında müzakirə  keçirilmişdir.   Tarixi biliklərin  möhkəmləndirilməsi, eyni zamanda ədəbiyyat və təsviri incəsəntlə inteqrasiya edilərək, dövrün və  mühitinin  real təsəvvürünü  yaratmaq məqsədilə keçirilən  dərsdə, şagirdlər, tarixi təkcə faktlarla deyil, həm də bədii əsərlərdən və rəsmlərdən öyrənmək bacarığına yiyələnmişdir.

          VII –IX sinif şagirdlərinin iştirakı ilə keçən  müzakirədə  M.S.Ordubadi “Qılınc  və qələm”, Yunus Oğuzun  “Əmir Teymur”, V.Q.Yan   “Çingiz xan”  kimi əsərləri müzakirə olunmuş, batal janrında  şagirdlərin  çəkdiyi rəsmlər nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi