Biz sizdən öyrəndik qəhrəmanlığı

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.3.22 bəndinə müvafiq olaraq Azərbaycan xalqının qəhrəman oğlu Mübariz İbrahimovun doğum gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.
Şagirdlər Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlıqlarla dolu döyüş yolu barədə müfəssəl məlumatlar almış, Vətən uğrunda şəhid olmuş digər qəhrəmanlarımızın əziz xatirəsini yad etmişlər.