Nümunəvi dərs

140 saylı tam orta məktəbin illik fəaliyyət planının 1.1.3.2 bəndinə müvafiq olaraq nəzəri biliklərin praktik vərdişlərə keçirilməsi vəziyyətinin öyrənilməsi məqsədi ilə təcrübəli müəllim Tacizər Səfərovanın riyaziyyat dərsinə baxış –dinləmə keçirilmişdir.
V sinif şagirdləri ilə “Düz xətt. Müstəvi. Şüa. Bucaq” mövzusu üzrə keçirilən dərsdə şagird fəallığı qarşıya qoyulan məqsədinə nail olunması yolunda həlledici əhəmiyyətə malik olmuşdur.